image-6046622270219816788backend

Ukraynanın keçmiş sualtı qayıq komandiri Sevastopolda partlayış nəticəsində öldürülüb

Rusiyaya keçərək Ukraynanın yeganə sualtı qayığına komandirlik etmiş Robert Şageyev işğal altındakı Sevastopolda törədilən partlayış nəticəsində öldürülüb.

İNFOAZ.MEDİA xəbər verir ki, İlkin məlumatlara görə, partlayıcı qurğu zibil qutusunda yerləşdirilib və Şageyev yaxınlıqdakı skamyaya tərəf gedərkən partlayış baş verib. Onun hadisə yerində öldüyü bildirilir.

Şageyev 2014-cü ildə Krımın işğalından sonra Rusiyanın tərəfinə keçmişdi. Daha sonra Rusiya sualtı qayıqlarında xidmət edib və “Kalibr” raketlərinin Ukraynaya qarşı istifadəsi ilə bağlı əməliyyatlarda iştirak etdiyi bildirilir.

Partlayışa görə məsuliyyəti hələlik heç bir tərəf üzərinə götürməyib. Rusiya mənbələrinin məlumatına görə, hadisə ilə əlaqədar bir qadın saxlanılıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki