image-1007508_srcbackend

Ukraynalılar Rusiyanın hərbi infrastrukturunu məhv edirlər

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın müvəqqəti işğalı altında olan Zaporojye vilayətində Moloçna çayı üzərindəki avtomobil körpüsünə zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Telegram kanalında məlumat verib.

Rusiya Silahlı Qüvvələrinin hərbi logistika təminatı üçün istifadə etdiyi körpüyə hücum avqustun 19-u gecə baş verib.

Bundan əlavə, işğal altındakı Donetsk və Luqansk vilayətlərindəki üç Rusiya hərbi anbarı, müvəqqəti işğal altındakı Krımın Olenovka bölgəsindəki Geran/Gerbera tipli hücum PUA-larını idarə etmək üçün yerüstü təkrarlayıcı və Xerson vilayətinin Verxniy Rohaçik ərazisindəki PUA idarəetmə məntəqəsi vurulub.

Ukrayna Silahlı Qüvvələri həmçinin Kadievkadakı logistika anbarına və Luqansk vilayətinin Lisiçansk şəhərində Rusiya qoşunlarının silah və hərbi texnika yığdığı əraziyə zərbələr endirib. Hər iki ərazi Rusiyanın nəzarəti altındadır.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki