image-6046265126509285502backend

Ukraynalı komandir: “GTA-da helikopter missiyasını keçənlər ən yaxşı FPV operatorlarına çevrilib”

Ukraynada dron operatorlarının hazırlanmasına cavabdeh komandirlərdən biri videooyun təcrübəsinin real FPV dronlarının idarə edilməsində gözləniləndən daha faydalı olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ukrinformun məlumatına görə, komandir xüsusilə “Grand Theft Auto” oyununda məşhur helikopter missiyasını uğurla tamamlayan oyunçuların FPV dron operatoru kimi daha yaxşı nəticə göstərdiyini deyib.

Onun sözlərinə görə, oyunlarda idarəetmə və koordinasiya bacarıqları real dronların idarə edilməsinə müəyyən dərəcədə transfer olunur.

Komandir bildirib ki, videooyunlarda kontrollerlə uzun müddət oynamaq bəzi şəxslərə FPV dronlarını idarə etməyi daha sürətli öyrənməyə kömək edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki