Ukraynanın xarici işlər naziri Andriy Sıbiha bildirib ki, Kiyev Polşa ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və strateji münasibətlərin daha da gücləndirilməsində maraqlıdır.
İNFOAZ.MEDİA xəbər verir ki,Sıbiha qeyd edib ki, Ukrayna bu mövqeyini dəfələrlə ifadə edib və hər iki ölkənin belə münasibətlərə sahib olması tarixi və strateji baxımdan zəruridir.
Nazirin sözlərinə görə, Ukrayna və Polşa təhlükəsizlik baxımından, eləcə də Avropa İttifaqındakı ortaq gələcəkləri naminə bir-birinə ehtiyac duyurlar.
O əlavə edib ki, iki ölkə arasında diplomatik kanallar açıq qalır və dialoq davam edir.
Rauf
























