image-69779a57-a184-4013-8726-16dac0a20aa4backend

Ukrayna Rusiya gəmisini vurdu

Ukrayna Silahlı Qüvvələri Aralıq dənizində Rusiyaya aid maye qaz daşıyan gəmi üzərinə hücum həyata keçirib.

İNFOAZ.MEDİA xəbər verir ki, insident Liviya sahilləri yaxınlığında Ukraynanın dəniz dronları vasitəsilə baş verib. Hücum zamanı gəmidə olan 30 nəfər Rusiya vətəndaşı heyət üzvünün hamısı xilas edilib.

Qeyd olunur ki, bundan əvvəl Ukrayna qüvvələri Novorossiysk limanında Rusiyanın beş hərbi gəmisinə zərbə endirmişdi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki