Viktor Orban bildirib ki, Kiyevin addımları nəticəsində Macarıstanın Rusiyadan aldığı sərfəli enerji təchizatına maneə yaradılmasına imkan verməyəcəklər.
İNFOAZ.MEDİA-nın məlumatına görə, Orban Volodimir Zelenski hakimiyyətini “Drujba” neft kəmərini bağlamaqla Macarıstana təzyiq göstərməkdə ittiham edib və bu tələbləri qəbul etməyəcəyini deyib. Onun sözlərinə görə, əsas şərtlərdən biri Rusiyadan ucuz enerjidən imtina etməkdir.
Baş nazir əlavə edib ki, Rusiya enerjisindən məhrum olan ölkələrdə yanacaq qiymətləri daha yüksəkdir və belə bir addım Macarıstanda kommunal xərclərin ciddi artımına səbəb ola bilər.
Jalə
























