İran Silahlı Qüvvələri Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edib.
İNFOAZ.MEDİA xəbər verir ki, yayılan bəyanatda İranın qonşu və dost ölkə olan Türkiyənin suverenliyinə hörmətlə yanaşdığı vurğulanıb və bu ölkəyə hər hansı raket zərbəsinin endirilmədiyi bildirilib.
Xatırladaq ki, ötən gün Türkiyə Milli Müdafiə Nazirliyi İrandan buraxıldığı iddia edilən və Türkiyə hava məkanına istiqamətlənən ballistik raketin Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.
Rauf
























