Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran bildirib ki, qurumlar prosesi tam koordinasiyalı şəkildə izləyib və ölkənin təhlükəsizliyini təmin etmək üçün iradə və imkanlar ən yüksək səviyyədədir. Torpaqların və hava məkanının müdafiəsi üçün lazım olan bütün tədbirlər tərəddüdsüz görüləcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Duran əlavə edib ki, hər hansı düşməncəsinə addıma beynəlxalq hüquq çərçivəsində cavab veriləcək və bu müddətdə NATO və müttəfiqlərlə əməkdaşlıq və məsləhətləşmələr davam etdiriləcək.
O, bütün tərəflərə regionda gərginliyi artıracaq və münaqişələrin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinmələri barədə xəbərdarlıq edib və tərəflərin məsuliyyətli davranmasının önəmini vurğulayıb.
Rauf
























