Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların bərpasının vacibliyini müzakirə ediblər. Türkiyə yeni danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Fidan münaqişənin uzanmasının region və beynəlxalq təhlükəsizlik üçün risk yaratdığını vurğulayıb. Görüşdə həmçinin enerji təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Jalə
























