Türkiyə ilə Böyük Britaniya arasında imzalanan Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı Sazişi hərbi əməkdaşlıq və müdafiə sənayesindən kibertəhlükəsizlik və kosmik fəaliyyətlərədək geniş sahələri əhatə edir.
İNFOAZ.MEDİA xəbər verir ki, saziş çərçivəsində tərəflər çəkindirmə siyasəti, hərbi əməkdaşlıq, müdafiə sənayesi və texnologiyaları, kibertəhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə, terrorla mübarizə, dayanıqlılığın artırılması və kosmos sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutur.
Ankara və London sənədi strateji münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirərək, daha güclü NATO çərçivəsində daha güclü Avropaya sadiqliklərini və transatlantik əlaqələrin qorunmasının vacibliyini bir daha təsdiqləyiblər.
Rauf
























