image-thumbs_b_c_643e7f07ee1d0d076dbb48b89569c6c5backend

Türkiyə müharibəyə hazırlaşır? Ərdoğan SƏRƏNCAM imzaladı

Türkiyədə bütün nazirliklərə ( Milli Müdafiə Nazirliyi istisna olmaqla) “Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarə rəisi” vəzifəsinə təyinatlar edilib.

İNFOAZ.MEDİA xəbər verir ki, qərar Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Bu idarəliklər əslində 2025-ci ilin oktyabrında qəbul edilən qərarnamə ilə yaradılmışdı. İndi isə həmin strukturların rəhbərləri rəsmi şəkildə təyin edilib.

Yeni yaradılan Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi nazirliklərə bağlı qurumların:

təbii fəlakətlərə və fövqəladə hallara hazırlığını,

mülki müdafiə tədbirlərini,

səfərbərlik və müharibə vəziyyətinə hazırlıq işlərini

izləyəcək və koordinasiya edəcək.

Eyni zamanda bu idarələr:

nazirlikləri  (AFAD) Fövqəladə Halların İdarəetmə Mərkəzində təmsil edəcək,

AFAD tərəfindən tələb olunan imkan və resursların yönləndirilməsini təmin edəcək,

nazirliklərin məsuliyyətində olan fövqəladə vəziyyətlə bağlı tapşırıqların yerinə yetirilməsini təşkil edəcək.

Bundan əlavə, idarəliklər Prezident Administrasiyası və fövqəladə vəziyyət idarəetmə mərkəzləri arasında məlumat axınını təmin edəcək və nazirlər tərəfindən verilən tapşırıqları icra edəcək.

Qısa desək, bu strukturun məqsədi:

nazirliklərin fövqəladə hallar, mülki müdafiə, səfərbərlik və müharibə hazırlığı ilə bağlı fəaliyyətini koordinasiya etmək,

AFAD və Prezident Administrasiyasına operativ məlumat ötürmək,

lazım olan resursların səfərbər edilməsini təşkil etməkdir.

Milli Müdafiə Nazirliyi isə ordunun və müdafiə siyasətinin əsas icraçısı olduğu və daim müharibə hazırlığı ilə məşğul olduğu üçün belə bir ayrıca idarəyə ehtiyac duymur.

Orxan Məhərrəmov

image-nocomment_5f0105c5ac943b2c48df94930710be09_p6twyh8a23gu1nbczm49-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki