image-1469953421_11168456_10153715481558749_7677302121819756595_nbackend

Türkiyə MN-dən İncirlik açıqlaması

İncirlik Hərbi Hava Bazası Türkiyəyə məxsus hərbi obyekt hesab olunur.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, ABŞ hərbçilərinin bazada mövcudluğu həmin obyektin Amerika bazası olduğu anlamına gəlmir.

Açıqlamada qeyd olunub ki, 10-cu Hava Komandanlığı İncirlik ərazisində fəaliyyət göstərir. Bazada Türkiyəyə məxsus F-16 qırıcıları, yanacaq dolduran tanker təyyarələri və pilotsuz uçuş aparatları yerləşdirilib. Bildirilib ki, bazadakı bütün infrastruktur və obyektlər Türkiyənin mülkiyyətindədir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki