Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Yaxın Şərqdə gərginliyin artması fonunda Şimali Kipr ərazisində əlavə hərbi qüvvələr yerləşdirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə hava hücumundan müdafiə sistemləri ilə yanaşı, 6 ədəd F-16 Fighting Falcon qırıcı təyyarəsi də adaya göndərilib.
Məlumata görə, bu addım regionda yaranan mümkün təhlükələrə qarşı operativ reaksiya imkanlarını artırmaq və ərazinin müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Orxan Məhərrəmov
Посмотреть эту публикацию в Instagram
























