TRAMPbackend

Trampın İrandan sonra NÖVBƏTİ HƏDƏFİ BU ÖLKƏ OLACAQ

Donald Tramp fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etdikdən sonra növbəti hədəfinin Kuba ola biləcəyinə dair iddialar yayılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, The Atlantic nəşrinin administrasiyadakı mənbəyə istinadən yaydığı məlumata görə, Tramp özünü “başqalarının başladığı işi bitirən” ilk prezident kimi görür və apardığı siyasətin onu keçmiş prezidentlər  Ronald Reagan, Jimmy Carter və Richard Nixondən daha yüksək mövqeyə çıxara biləcəyinə inanır.

Tramp daha əvvəl ABŞ-ın Kubanı “dostcasına ələ keçirə” biləcəyini demiş, Havananın Vaşinqtonla danışıqlar apardığını bildirmişdi. O, Kubanı “uğursuz ölkə” adlandıraraq, ölkənin ciddi iqtisadi çətinliklərlə üzləşdiyini və ABŞ-ın köməyinə ehtiyacı olduğunu vurğulayıb. Dövlət katibi Marko Rubionun bu məsələ ilə yüksək səviyyədə məşğul olduğu qeyd edilir.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki