trampbackend

Tramp: Zelenski Ukraynanı yenidən quracaq, ABŞ-ın da orada maraqları var

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski barədə danışarkən onun ölkəsini yenidən quracağına inandığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki,Trampın sözlərinə görə, Zelenski Ukraynada güclü dövlət qurmağa nail olacaq.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Vaşinqtonun artıq Ukraynada müəyyən maraqları mövcuddur. O bildirib ki, ABŞ-ın ölkədə bəzi torpaq sahələri və xüsusilə nadir torpaq elementləri ilə bağlı iqtisadi maraqları var.

Tramp əlavə edib ki, Ukrayna nadir torpaq mineralları baxımından dünyanın ən zəngin ölkələrindən biridir və bu resurslar strateji əhəmiyyət daşıyır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki