image-cad9587e4ae37c23cb1b94dbf5a0e9f9backend

Tramp Zelenski ilə telefon danışığı aparıb

Donald Tramp ilə Volodimir Zelenski arasında təcili telefon danışığı aparılıb. Məlumata görə, söhbət məxfidir və hələlik nə Ağ Ev, nə də Ukrayna tərəfi rəsmi açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, danışıq fevralın 26-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla Trampın xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşner arasında planlaşdırılan görüş ərəfəsində baş tutur. Daha sonra üçtərəfli danışıqların yeni raundunun keçirilməsi nəzərdə tutulur, lakin tarix açıqlanmayıb.

Bundan əvvəl Zelenski ərazi məsələsinin qısa müddətdə həllini real saymadığını və bu mövzunun liderlərin görüşündə müzakirə oluna biləcəyini bildirmişdi.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki