ABŞ Prezidenti Donald Tramp İran barədə danışarkən Yaxın Şərqdə vəziyyətin dəyişdiyini və İranın artıq bölgədə əvvəlki təsirə malik olmadığını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “İnanın ya da inanmayın, düşünürəm ki, Yaxın Şərq birləşir. Biz Yaxın Şərqin zorbasını aradan qaldırırıq. İran Yaxın Şərqin zorbası idi. İraqı sıxışdırırdı, demək olar ki, bütün ölkələrə təzyiq göstərirdi. Bölgənin hər yerində qorxu var idi. Artıq bu qorxu yoxdur”, – Tramp bildirib.
Jalə
























