Donald Tramp dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.
İNFOAZ.MEDİA bildirir ki, Tramp Ramazan ayını mənəvi yenilənmə, dərin düşüncə və Uca Tanrıya şükür üçün müqəddəs bir zaman olaraq xarakterizə edib. O, insanların mərhəmət, xeyirxahlıq və ailə-icma bağlarını möhkəmləndirməyə çağırıldığını qeyd edib.
Prezident həmçinin dini azadlığın ABŞ-dakı əsas dəyərlərdən biri olduğunu vurğulayıb və vətəndaşların ibadətlərini qorxu olmadan yerinə yetirə bilməsinin vacibliyini qeyd edib.
Rauf
























