trampbackend

Tramp: Müharibədən sonra İranın xəritəsi dəyişə bilər

ABŞ prezidenti Donald Trump bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra İranın ərazi sərhədlərinin dəyişməsi ehtimalını istisna etmir.

İNFOAZ.MEDİA xəbər verir ki, Amerika lideri jurnalistlərin ABŞ hücumlarından sonra İranın xəritəsinin əvvəlki kimi qalıb-qalmayacağı ilə bağlı sualını cavablandırarkən, “Bunu sizə deyə bilmərəm. Düşünmürəm” deyə bildirib.

Tramp mövcud vəziyyəti faktiki olaraq müharibə kimi qiymətləndirib.

O, həmçinin qeyd edib ki, Vaşinqtonun İranda yeni hakimiyyətin formalaşmasında iştirak etmək istəyi uzunmüddətli razılaşma əldə etmək məqsədi daşıyır. ABŞ prezidenti vurğulayıb ki, məqsəd gələcəkdə oxşar böhranların təkrarlanmamasıdır.

Trampın sözlərinə görə, ABŞ elə bir razılaşma əldə etmək istəyir ki, “10 ildən sonra dünya yenidən eyni böhranla üzləşməsin.”

Təbriz Dünyamalızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki