ABŞ prezidenti Donald Tramp bu yaxınlarda İranın ali lideri seçilən Müctəba Xamenei yerinə namizəd irəli sürəcəyini iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu açıqlamanı o, CBS-ə verdiyi müsahibədə deyib.
CBS jurnalisti Veyjia Jiang sosial media hesabında Trampdan götürülən müsahibəni paylaşıb:
“Trampın əvvəllər açıq şəkildə tənqid etdiyi İranın yeni Ali Lideri Müctəba Xamenei haqqında soruşulduqda, o, ‘Ona heç bir mesajım yoxdur. Heç bir mesajım yoxdur’ cavabını verib. Tramp həmçinin Xameneinin yerini tuta biləcək birini düşündüyünü, lakin ətraflı məlumat vermədiyini bildirib.”
Tramp İranın alternativ liderinin adını açıqlamayıb.
Rauf
























