ABŞ Prezidenti Donald Tramp bildirib ki, Müctəba Xamenei sakit həyat sürə bilməz.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp “Fox News”a müsahibəsində qeyd edib:
“Əgər İrana zərbə endirmək üçün bir neçə gün daha gözləsəydik, ABŞ-a hücum ediləcəkdi. İlk əməliyyatımızda onların raketlərinin yarısını məhv etdik. Əks halda, vəziyyət daha çətin olardı. İranla gələcək danışıqlar hələ də mümkündür, amma şərtlərdən asılıdır”, – deyə o bildirib.
Qeyd olunur ki, Israel və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei və digər yüksək vəzifəli məmurlar həlak olub.
Rauf
























