Tramp: "Martın 7-də İrana elə zərbələr endirəcəyik ki..."backend

Tramp: “Martın 7-də İrana elə zərbələr endirəcəyik ki…”

ABŞ Prezidenti Donald Tramp martın 7-də Amerika qüvvələrinin İranda bir neçə əraziyə güclü zərbə endirəcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, o, bu barədə özünün “Truth” sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün İran çox ağır zərbə alacaq”, – deyə Tramp qeyd edib.

ABŞ lideri bildirib ki, hücumlar İranın “pis davranışlarına görə” həyata keçirilir. Onun sözlərinə görə, əvvəllər hədəf siyahısında olmayan obyektlərin vurulması da indi ciddi şəkildə nəzərdən keçirilir.

Tramp əlavə edib ki, “hədəflər” dedikdə yalnız obyektlər deyil, müəyyən insan qrupları da nəzərdə tutulur. Lakin o, həmin şəxslərin kim olduğunu açıqlamayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki