trampbackend

Tramp İrana qoşun yeritmək planını rədd edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsfahandakı nüvə obyektlərini qorumaq üçün İrana Amerika qoşunları göndərməyi planlaşdırmır. Onun sözlərinə görə, ABŞ-ın İran ərazisinə hərbi qüvvə yerləşdirmək niyyəti yoxdur.

İNFOAZ.MEDİA xəbər verir ki, New York Post qəzetinə verdiyi müsahibədə Tramp bu məsələ ilə bağlı hələ heç bir qərarın qəbul edilmədiyini və belə bir ehtimalın hətta nəzərdən keçirilmədiyini vurğulayıb. Bu açıqlama ABŞ qoşunlarının İranın yeraltı uran zənginləşdirmə zavoduna mümkün yerləşdirilməsi ilə bağlı suala cavab olaraq verilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki