ABŞ prezidenti Donald Tramp dünən başlayan İrana qarşı əməliyyatla bağlı ilk dəfə hərbçilər arasında itkilərin qaçılmaz olduğunu açıq şəkildə etiraf edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o , NBC-yə verdiyi açıqlamada o bildirib ki, ABŞ ordusu İrana qarşı əməliyyat zamanı şəxsi heyət arasında itkilər gözləyir.
Trampın bu etirafı əməliyyatın ciddi təhlükələr daşıdığını və ABŞ-ın regiondakı hərbi hərəkətlərinin risklərini göstərir. Eyni zamanda, o, İranla mümkün danışıqlar zamanı atəşkəsə zəmanət verə bilməyəcəyini də qeyd edib. Bu, diplomatik ssenarilərdə əlavə mürəkkəblik yaradır və regionda gərginliyin uzun müddət davam edə biləcəyini göstərir.
Onun açıqlaması ABŞ ordusunun riskləri dərk etdiyini, lakin strateji məqsədlərinə çatmaq üçün hərəkətə keçdiyini nümayiş etdirir. Analitiklər bunu ABŞ-ın regiondakı mövqeyini gücləndirmək və İranın nüfuzunu azaltmaq istiqamətində atdığı addım kimi qiymətləndirirlər.
Jalə
























