ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama ilə çıxış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, amerikalılar müharibənin əleyhinə deyil, onları daha çox narahat edən yüksək yanacaq qiymətləridir.
“Amerikalılar müharibəyə qarşı deyillər. Onlar sadəcə benzinin bahalaşmasını istəmirlər. Heç kim İranın nüvə silahına sahib olmasını istəmir. Siz İranın nüvə silahına sahib olmasını istəyirsiniz? Bunun yaxşı olduğunu düşünürsünüz?” – deyə o bildirib.
ABŞ Prezidenti əlavə edib ki, İran öz hərəkətlərinə görə “çox ağır bədəl ödəyəcək” və hazırda “məhv edilir”.
Jalə
























