“Testo Taylan” kimi tanınan Taylan Özgüç Danyıldız barəsində cinayət işi başlanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu onun sosial şəbəkədə paylaşdığı videoya görə araşdırma aparır. İstintaq çərçivəsində fenomen saxlanılıb.
Ona qarşı “xalqı kin və düşmənçiliyə təhrik” və “əxlaqsız məzmun yayma” ittihamları irəli sürülüb.
Araşdırma davam edir, yaxın günlərdə əlavə məlumatların açıqlanacağı gözlənilir.
Rauf
























