ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi rəsmi olaraq İrana qarşı hərbi əməliyyata başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Evin 28 fevral tarixində yaydığı açıqlamaya görə, ABŞ artıq İrana qarşı hərbi hücumlara start verib. Tramp əməliyyatın məqsədinin Amerika xalqını qorumaq və İran hökumətindən qaynaqlanan təhlükəni aradan qaldırmaq olduğunu deyib.
O, əməliyyatın detalları və müddəti ilə bağlı əlavə məlumat verməyib.
Orxan Məhərrəmov
























