Qana-nın “Ashanti” bölgəsində sərnişin avtobusu ilə təcili yardım maşınının toqquşması nəticəsində 16 nəfər həyatını itirib.
İNFOAZ.MEDİA xəbər verir ki,hadisə qarşıdan gələn təcili yardım avtomobili ilə üz-üzə toqquşması nəticəsində baş verib. Toqquşmanın güclü təsiri nəticəsində ağır zərər görən avtobusda olan 16 nəfərin hadisə yerində öldüyü bildirilib.
Hadisə zamanı təcili yardım avtomobilində olan 7 aylıq körpənin qəzadan sağ xilas olduğu və yaxınlıqdakı xəstəxanada müalicə altına alındığı qeyd olunub.
Qəza nəticəsində avtomobildə sıxışaraq ağır yaralanan təcili yardım sürücüsünün və sağ qalan digər sərnişinlərin vəziyyətinin isə kritik olduğu bildirilib.
EMİN
İNFOAZ.MEDİA
























