rusiya bayrağı kremlbackend

Rusiya bayrağı yandırıldı – NOTA VERİLDİ

Finlandiyanın Rusiyadakı səfiri Marya Liivala Xarici İşlər Nazirliyinə dəvət olunub.

İNFOAZ.MEDİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, Moskva baş verənləri təhqiredici addım kimi qiymətləndirir.

Məlumata əsasən, fevralın 24-də Finlandiyada yerləşən Rusiya səfirliyinin binası qarşısında naməlum şəxslər tərəfindən Rusiya bayrağının yandırılması ilə bağlı keçirilən aksiyaya görə Finlandiya tərəfinə kəskin etiraz notası təqdim olunub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki