Türkiyənin Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin şərqində yerləşən Malatya vilayətində NATO qüvvələri tərəfindən Patriot zenit-raket sistemi yerləşdirildiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Türkiyənin hava məkanının qorunmasını gücləndirmək üçün bu addım atılıb. Nazirlik qeyd edib ki, ölkənin sərhədləri və hava məkanı qorunur və müttəfiqlərlə koordinasiya davam edir.
Qeyd edək ki, bir gün əvvəl İran tərəfindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket NATO qüvvələri tərəfindən zərərsizləşdirilib. Rəcəb Tayyib Ərdoğan isə bu hücumu təxribat adlandıraraq qınayıb.
Rauf
























