İsrail Livanda hücum əməliyyatına başladığını elan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri-nin (IDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir hərbçilərlə görüş zamanı məlumat verib.
Zamir bildirib ki, əməliyyat Hizbullah qüvvələrinə qarşı yönəlib və məqsəd yalnız müdafiə mövqeyində qalmaq deyil:
“Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Sadəcə müdafiə olunmuruq – artıq hücuma keçirik”, – deyə o vurğulayıb.
Baş Qərargah rəisi əlavə edib ki, hərbçilər bir neçə gün davam edə biləcək intensiv döyüşlərə hazır olmalıdırlar.
Orxan Məhərrəmov
























