SON DƏQİQƏ! İranda məktəblər və universitetlər BAĞLANDIbackend

SON DƏQİQƏ! İranda məktəblər və universitetlər BAĞLANDI

İran Ali Milli Təhlükəsizlik Şurası regionda gərginlik səbəbindən məktəb və universitetlərin fəaliyyətini müvəqqəti dayandırıb. Təhsil müəssisələri növbəti xəbərdarlığa qədər bağlı qalacaq.

İNFOAZ.MEDİA xəbər verir ki, dövlət qurumlarının iş rejimi 50%-ə endirilib, banklar isə müştəri xidmətini davam etdirir.

Xatırladaq ki, ABŞ və İsrail əvvəllər Tehranın nüvə və raket proqramları ilə bağlı hərbi əməliyyatlara başlamış, İran isə buna cavab olaraq İsrail və ABŞ-ın Qətər, Küveyt, İordaniya, BƏƏ və Bəhreyn hərbi obyektlərinə zərbələr endirmişdi.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki