Cənubi Koreya Şimali Koreyanın 10-dan çox ballistik raket atdığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) məlumatına görə, Şimali Koreya tərəfindən Yaponiya dənizi istiqamətində 10-dan çox ballistik raket buraxılıb.
Açıqlamada bildirilib ki, 14 mart şənbə günü saat 13:20 radələrində hərbçilər KXDR-in Sunan bölgəsindən Şərq dənizi (Yaponiya dənizi) istiqamətində atılan naməlum ballistik raketləri aşkar ediblər.
Qeyd olunub ki, Cənubi Koreya ordusu əlavə raket buraxılışları ehtimalına qarşı müşahidə və döyüş hazırlığını gücləndirib. Hazırda hərbi qüvvələr “tam hazırlıq” vəziyyətində saxlanılır və məlumat mübadiləsi ABŞ və Yaponiya ilə koordinasiya edilir.
Orxan
























