image-5784888028353466297backend

Şimali Koreya Rusiyaya 8 500 hərbçi göndərib

Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya Rusiyaya daha 8 500 hərbçi göndərib. Onların arasında təxminən 400 dron operatoru və 1 000 mühəndis-minaaxtaran var.

İNFOAZ.MEDİA xəbər verir ki, dron operatorlarının Rusiya ərazisindən Ukraynadakı hədəflərə kəşfiyyat və zərbə əməliyyatlarında istifadə edilə biləcəyi bildirilir. Digər hərbçilərin əsasən Kursk vilayətində arxa mövqelərin gücləndirilməsinə cəlb ediləcəyi gözlənilir.

Ukrayna kəşfiyyatı həmçinin Putinin sentyabrda Kim Çen Inla görüşündə Rusiyaya 50 minədək əlavə Şimali Koreya hərbçisi istəyə biləcəyini ehtimal edir. Pxenyan bu iddiaları “əsassız” adlandırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki