Şimali Koreyanın bir neçə əsgəri ötən həftə Koreya yarımadasının şərqində yerləşən hərbisizləşdirilmiş zonada Hərbi Demarkasiya Xəttini (MDL) keçib.
İNFOAZ.MEDİA xəbər verir ki, Cənubi Koreya hərbçiləri sərhəd xəttinin pozulmasına cavab olaraq xəbərdarlıq atəşi açıb. Bundan sonra Şimali Koreya əsgərləri dərhal geri çəkilib. Hadisə zamanı ölən və ya yaralanan olmayıb, tərəflər arasında atışma baş verməyib.
Bu, 2026-cı ildə Şimali Koreya tərəfindən MDL-nin ilk qeydə alınmış pozuntusudur.
Məlumata görə, əsgərlərin xətti keçməsi böyük ehtimalla rutin patrul xidməti zamanı baş verib və insident qəsdən törədilmiş təxribat kimi qiymətləndirilmir.
Şimali Koreya hərbçiləri 2025-ci ildə MDL-ni 17 dəfə keçib. Bu hadisələrin əksəriyyətinin sərhəddə istehkam işləri zamanı baş verdiyi bildirilib.
Jalə
























