ÇSKA Moskva -nın futbolçusu İlya Agapov Ufada saxlanılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, sərxoş vəziyyətdə olan 25 yaşlı müdafiəçi gecə saatlarında uşaq musiqi məktəbinə daxil olaraq mühafizəçini hədələyib. Qadın qorxaraq polis-ə müraciət edib.
Məlumata görə, Agapov saxlanılarkən hərəkətlərini izah edə bilməyib və gecəni polis nəzarətində keçirib.
Hazırda o, icarə əsasında Ufa klubunda çıxış edir. Hadisənin təfərrüatları araşdırılır.
Jalə
























