Rusiyanın “kölgə donanması”na aid CARUZO tankerinin Bosfor boğazından keçərkən improvizə edilmiş dron əleyhinə müdafiə vasitələri ilə təchiz olunduğu görüntülənib.
İNFOAZ.MEDİA xəbər verir ki, Təxminən 1 milyon barrel xam neft daşıdığı bildirilən tanker üzərində Ukraynanın hava və dəniz dronlarına qarşı qorunmaq məqsədilə qurulmuş tor konstruksiyaları müşahidə edilib.
Gəminin kənar hissələrində isə IBC konteynerlərindən asılmış maneələr yerləşdirilib. Bu konstruksiyaların mümkün PUA və pilotsuz qayıq hücumlarının qarşısını almaq və ya onların təsirini azaltmaq məqsədi daşıdığı ehtimal olunur.
Tankerin Bosfor boğazından keçməsi zamanı çəkilən görüntülər gəminin özünəməxsus improvizə edilmiş müdafiə sistemi ilə hərəkət etdiyini göstərib.
Jalə
























