Ukrayna tərəfi müharibənin 1471-ci günü ilə bağlı Rusiya ordusunun itkilərinə dair yeni statistika açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, indiyədək Rusiya ordusu 1 270 400 hərbçi itirib. Bundan başqa, 11 727 tank, 24 142 zirehli döyüş maşını, 37 915 artilleriya qurğusu, 1 667 reaktiv yaylım atəş sistemi, 1 319 hava hücumundan müdafiə sistemi məhv edilib.
Məlumata görə, həmçinin 435 hərbi təyyarə, 348 helikopter, 158 381 pilotsuz uçuş aparatı, 4 384 qanadlı raket, 81 434 avtomobil texnikası, 30 gəmi və kater, 2 sualtı qayıq və 4 079 xüsusi texnika sıradan çıxarılıb.
Rauf
























