rusiya ordusu əsgəribackend

Rusiyanın itkiləri AÇIQLANDI

Ukrayna müharibənin 1483-cü gününə dair Rusiya ordusunun itkiləri ilə bağlı məlumatları yeniləyib.

İNFOAZ.MEDİA-nın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Bildirilib ki, indiyədək Rusiya tərəfi ümumilikdə 1 282 570 hərbçi itirib. Bundan əlavə, 11 786 tank, 24 229 zirehli döyüş texnikası, 38 506 artilleriya qurğusu, 1 688 reaktiv yaylım atəş sistemi, 1 333 hava hücumundan müdafiə kompleksi məhv edilib.

Həmçinin, 435 hərbi təyyarə, 349 helikopter, 184 333 pilotsuz uçuş aparatı, 4 468 qanadlı raket, 83 974 avtomobil texnikası, 33 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 091 xüsusi texnika itkilər siyahısında yer alıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki