rusiya bayrağı kremlbackend

Rusiyadan Azərbaycanla BAĞLI AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova ölkə vətəndaşlarının İranı tərk etməsinə göstərilən dəstəyə görə Azərbaycanı təşəkkür edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zaxarova bu barədə həftəlik brifinqdə danışıb. O bildirib ki, Rusiya vətəndaşlarının quru sərhədlər vasitəsilə İranı maneəsiz tərk etməsini təmin etməyə göstərilən yardımlarına görə Azərbaycan, Ermənistan və Türkmənistan rəhbərliyinə minnətdardır.

Xatırladaq ki, dünən Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “İl-76” təyyarəsi Azərbaycan sərhədindən keçərək İranı tərk edən rusiyalıları təxliyə etmək məqsədilə Azərbaycana gəlib. Bu gün isə həmin təyyarə 117 Rusiya vətəndaşını Azərbaycandan Moskvaya aparıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki