Rusiyada 6 saatda 100-dən çox Ukrayna dronu vurulub.
İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri ölkə ərazisinə hücum etməyə cəhd edən 113 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Məlumata əsasən, dronların bölgələr üzrə bölgüsü belədir:
Bryansk vilayəti üzərində – 73
Moskva vilayəti üzərində – 18
Kaluqa vilayəti üzərində – 7
Belqorod, Tver və Yaroslavl vilayətləri üzərində – hər birində 1
Qara dəniz üzərində – 1 dron
Nazirlik bütün pilotsuz aparatların hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilərək məhv edildiyini açıqlayıb.
Jalə
























