ABŞ Maliyyə Nazirliyi Hindistanın dənizdə olan Rusiya neftini müvəqqəti almasına icazə verib.
İNFOAZ.MEDİA xəbər verir ki, bunu ABŞ-ın Maliyyə naziri Scott Bessent açıqlayıb. O bildirib ki, Maliyyə Nazirliyi 30 gün müddətinə Hindistanın neft emalı müəssisələrinin Rusiya neftini almasına icazə verir.
Bessent əlavə edib ki, bu tədbir Rusiya hökumətinə ciddi maliyyə faydası gətirməyəcək, çünki yalnız artıq dənizdə olan neft əməliyyatlarını əhatə edir. O, həmçinin ümid etdiyini bildirib ki, Hindistan ABŞ neftinin alınmasını artıracaq.
Rauf
























