ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda təxminən 500 Rusiya vətəndaşına Azərbaycan vasitəsilə ölkəni tərk etmək üçün icazə verilib.
İNFOAZ.MEDİA RİA Novosti-yə istinadən xəbər verir ki, icazələr Rusiya tərəfinin sorğuları əsasında verilir və siyahıya İranda çalışan biznes nümayəndələri də daxildir.
Tehrandakı Rusiya səfirliyi bildirib ki, vətəndaşlar İranı iki keçid məntəqəsindən — Azərbaycan və Ermənistan sərhədləri vasitəsilə tərk edə bilərlər. Diplomatlar rəsmi məlumatlara əməl etməyi və sakitliyi qorumağı tövsiyə ediblər.
Jalə
























