image-97033886_tass_16540599-768x403backend

Rusiya-Azərbaycan münasibətlərində nə baş verir?

“Beynəlxalq münasibətlərdə bərabər hüquq subyektliyindən nə qədər danışılırsa danışılsın, münasibətlərin formalaşması və transformasiyası zamanı tərəflərin siyasi, geosiyasi, iqtisadi və digər potensialları nəzərə alınır. Sadə dillə desək, burada “ölçü”nün əhəmiyyəti var.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Rusiya qonşularına münasibətdə hələ də imperiya təfəkkürü ilə yanaşır:

“Lakin bir çox hadisələrin, o cümlədən Rusiya–Azərbaycan münasibətlərində baş vermiş son böhranın da göstərdiyi kimi, Rusiya Federasiyasının siyasi elitası böyük ölçüdə öz təbliğatının təsiri altındadır.

Yalnız qonşulara deyil, digər ölkələrə münasibətdə imperiya ritorikası ilə real imkanların bütün sahələrdəki fəlakətli tənəzzülü arasında getdikcə daha böyük uçurum yaranır. Halbuki həmin “imperiyaçılığın” özünü göstərməli olduğu sahələr məhz real imkanlarla müəyyən edilir…

Köhnə bir məsəldə deyildiyi kimi: “Generalların əsgərləri az olanda, onlar sözlərlə döyüşürlər”.// globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki