Vladimir Putin bildirib ki, Rusiya neft və qaz tədarükü ilə bağlı Avropa ölkələri ilə əməkdaşlığa hazırdır.
İNFOAZ.MEDİA xəbər verir ki, o, Kremldə keçirilən görüşdə deyib ki, bu əməkdaşlığın davam etməsi üçün Avropanın da buna hazır və maraqlı olduğunu göstərən siqnallar olmalıdır.
Putin Rusiyanın hər zaman öhdəliklərinə sadiq qaldığını və etibarlı enerji təchizatçılarından biri olduğunu vurğulayıb. O, əlavə edib ki, Moskva yalnız siyasi səbəblərlə razılaşmaları pozmayan etibarlı tərəfdaşlarla işləmək niyyətindədir.
Rauf
İNFOAZ.MEDİA
























