Rahat Telecom-dan KATV-yə keçid: "Narahatlıq" davam edirbackend

Rahat Telecom-dan KATV-yə keçid: “Narahatlıq” davam edir

Jurnalist Orxan Məhərrəmov daha əvvəl “Rahat Telecom”un internet xidmətində yaşanan problemlər və müştərilərin müraciətlərinə lazımi şəkildə cavab verilməməsi ilə bağlı narazılığını bildirmişdi.

İNFOAZ.MEDİA xəbər verir ki, əldə etdiyimiz yeni məlumata görə, “Rahat Telecom”un müştəriləri KATV şirkətinə yönləndirilib. Lakin iddialara əsasən, internet xidmətində yaşanan problemlər KATV-yə keçiddən sonra da davam edir.

Son bir aydır internet tez-tez kəsilir. Dəstək xidmətinə müraciət etdikdə isə müştərilərə sistemdə yenilənmələrin aparıldığı və problemin tezliklə aradan qaldırılacağı bildirilir. Bəzi hallarda isə standart olaraq modemi 20 dəqiqə söndürüb-yandırmaq tövsiyə olunur.

Bu cür cavablar problemin həllinə kömək etmir və internet kəsintiləri təkrar-təkrar yaşanır.

“Kimə müraciət edək? Adam başını itirib. Ölkədə normal provayder yoxdur?” – deyə Orxan Məhərrəmov bildirib.

Qeyd edək ki, “Rahat Telecom”un fəaliyyətindən narazılıqlar daha əvvəl də gündəmə gətirilmişdi. İndi isə müştərilərin KATV-yə yönləndirilməsindən sonra oxşar problemlərin burada da yaşandığı iddia olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki