image-yunanistanda-bati-nil-virusunun-yayilim-alani-genisliyor-7hg2backend

Qərbi Nil virusunun Yunanıstanda yayılması genişlənir

Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, şiddətli baş ağrıları şikayəti ilə Tiva Xəstəxanasına müraciət edən 65 yaşdan kiçik bir şəxsin laboratoriya müayinələrindən sonra Qərbi Nil virusuna yoluxduğu aşkar edilib.

Xroniki xəstəliyi olmayan xəstənin səhhətinin yaxşı olduğu bildirilib.

Hadisənin aşkarlanmasından sonra Mərkəzi Yunanıstan Regional Administrasiyasının qrupları Tiva ətrafında təcili və hədəflənmiş ağcaqanad nəzarəti tədbirlərinə başladılar.

Bölgədə həyata keçirilən ağcaqanadlara qarşı mübarizə proqramı da gündəlik olaraq davam etdirilir.

Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatlarına görə, ilin əvvəlindən avqustun 5-dək ölkədə 65 yoluxma halı aşkar edilib və 65 yaşdan yuxarı 6 nəfər ölüb.

Yunanıstanda ötən ilin avqust ayına qədər Qərbi Nil virusuna yoluxma ilə bağlı 35 hal qeydə alınmışdı. 2025-ci il ərzində yoluxma hallarının sayı 96-ya çatmış və virus səbəbindən 10 nəfər ölmüşdür.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki