image-32780415471_855b3808b1_bbackend

Qazaxıstanda daha bir təyyarə qəzası – Pilot katapult etdi

Bu gün Qazaxıstanın Karaqanda vilayətində planlı təlim uçuşu həyata keçirilərkən Su-30 tipli hərbi təyyarə qəzaya düşüb.

İNFOAZ.MEDİA-nın məlumatına görə, hadisə ilə bağlı Qazaxıstan Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təyyarənin heyəti vaxtında katapult edərək xilas olub və onların səhhəti üçün təhlükə yoxdur.

Qəzanın baş verdiyi ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Rəsmi məlumata əsasən, yerli sakinlərə və infrastruktur obyektlərinə hər hansı risk yoxdur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki