İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-a sərt xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, Vaşinqton hələ də təhdidlərin və verdiyi vədləri pozmağın artıq nəticəsiz qalmadığını anlamayıb.
“Açıq deyirəm: siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız,” – deyə o vurğulayıb.
İran rəsmisi əlavə edib ki, ABŞ “mənasız hərəkətlərdən” çəkinməlidir, əks halda vəziyyət daha da ağırlaşacaq.
Qalibafın sözlərinə görə, Hörmüz boğazı yalnız İranın müəyyən etdiyi şərtlərlə, ABŞ-ın təhdidləri ilə deyil, açıq qala bilər.
Jalə
























