Qətər əmiri Tamim bin Həməd Al Sani Rusiya prezidentinə İrandakı münaqişə fonunda ərəb ölkələrinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Vladimir Putin Qətər əmiri ilə telefon danışığı zamanı bildirib ki, Rusiya İranın hava hücumlarının nəticələrinin aradan qaldırılmasında Qətər hakimiyyətinə kömək etməyə hazırdır.
Tərəflər Yaxın Şərqdəki vəziyyətin tezliklə deeskalasiya olunacağına ümid etdiklərini ifadə ediblər. Tamim bin Həməd Əl Sani isə regiondakı mürəkkəb şəraitdə Moskvanın ərəb dövlətlərinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Liderlər aktiv dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Orxan Məhərrəmov
























